Bank Of Baku

Azərbaycan FİFA-nın reytinq siyahısında 1 pillə geriləyib

Azərbaycan FİFA-nın reytinq siyahısında 1 pillə geriləyib
# 24 oktyabr 2007 10:03 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 2008-ci il Avropa çempionatın seçmə mərhələsi çərçivəsində keçirdiyi son iki oyunda uduzan Azərbaycan yığması 116-cı pilləyə düşüb. Oktyabrın 13-də Bakıda Portuqaliya (0:2), bundan dörd gün sonra Serbiyaya məğlubiyyət (1:6) komandamızın cəmi bir pillə geriləməsi ilə nəticələnib. Hesabında 279 xal olan milli komandamızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəqibi olacaq Finlandiya 44-cü pillədə mövqeyini qoruyub. Cari seçmə mərhələdə son rəqibimiz olan Belçika 6 pillə irəliləyərək, 54-cü yerdə qərarlaşıb. Portuqaliya 8-ci, Polşa 20-ci, Serbiya 27-ci, Qazaxıstan 122-ci pillədə yer alıb. 5 pillə irəliləyən Ermənistan 82-ci yerə yüksəlib. Reytinq sıralamasında ilk pillələrində dəyişiklik olub. Belə ki, Argentina liderliyi son dünya çempionu İtaliyanın əlindən alıb. Braziliya 2-ci, İtaliya 3-cü pillədə qərarlaşıb. Yeddi pillə geriləyən Türkiyə yığması 28-ci pillədə yer alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR