Bank Of Baku

Yunis Hüseynov: “Mənə yığmanın baş məşqçisi postunu təklif etsələr, AFFA ilə razılığa gələrik”

Yunis Hüseynov: “Mənə yığmanın baş məşqçisi postunu təklif etsələr, AFFA ilə razılığa gələrik”
# 24 oktyabr 2007 11:06 (UTC +04:00)
“Mənə Azərbaycan yığmasının son iki oyununda baş məşqçi olmaq təklifini etsələr, qəbul etmərəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Yunis Hüseynov deyib. Hazırda Bakının “Standard” klubunu çalışdıran Y.Hüseynov Avropa çempionatının seçmə mərhələsində Finlandiya və Belçika ilə görüşlərdə hazırkı baş məşqçi Şahin Diniyevin postunda qalmasını məqsədəuyğun sayıb: “AFFA rəhbərliyi də belə istəyir. Baş katib Elxan Məmmədovun fikirləri ilə tanışam. Diniyev son iki matçda baş məşqçi postunda olmayacaqsa, onun klub çalışdırıcıları yox, öz köməkçiləri əvəzləməlidir. Şəxsən mən yığmanı qarşıdakı oyunlara çıxarmağa hazır deyiləm. Mənim üçün hələ tezdir”. Y.Hüseynov bildirib ki, seçmə mərhələ başa çatdıqdan sonra milli komandanı çalışdırmaq variantını müzakirə etməyə hazırdır: “Düzdür, mənə baş məşqçi olmaq təklifi edilməyib. Olarsa, fikirləşərəm. Bu, böyük məsuliyyətdir. Yığmanın çalışdırıcısı olmaq üçün müqavilə bağlanmalı, qarşıya vəzifə qoyulmalı, hansı şərtlər müqabilində işləmək müzakirə olunmalıdır. Yəqin ki, ortaq məxrəcə gələrik”.
Qeyd edək ki, Y.Hüseynov üç il baş məşqçisi olduğu “Karvan” klubuna bürünc və gümüş medal qazandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR