Bank Of Baku

“Barselona” klubunun oyunçusu Bakıya gəlir

“Barselona” klubunun oyunçusu Bakıya gəlir
# 24 oktyabr 2007 14:04 (UTC +04:00)
İspaniyanın “Barselona” futzal klubunun üzvü oktyabrın 28-də Bakıya gələcək. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycanın üçqat çempionu “Araz”ın prezidenti Zaur Axundov məlumat verib. Z.Axundov bildirib ki, “Barselona”nın əslən braziliyalı futzalçısı baxışa dəvət olunub: “Baxışa daha bir futzalçı çağırmışıq. Adını açıqlamaq istəmədiyim oyunçunun ampluası hücumçudur. Onu 3 gün sınaqdan keçirəcəyik. Məşqçilərimiz braziliyalının oyunu bəyənərlərsə, onu yeni çempionata sifariş edəcəyik”. Z.Axundov yaxın günlərdə rusiyalı qapıçının da baxışa çağırılacağını vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR