Bank Of Baku

Belçika Futbol Assosiasiyasının rəsmiləri Bakıya gəliblər

Belçika Futbol Assosiasiyasının rəsmiləri Bakıya gəliblər
# 24 oktyabr 2007 15:40 (UTC +04:00)
Belçika Futbol Assosiasiyasının (RBFA) rəsmiləri bu gün Bakıya gəliblər. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, qonaqlar Avropa çempionatının seçmə qrup mərhələsinin son turunda Azərbaycanla qarşılaşacaq Belçika yığmasının paytaxtımızda qalması üçün otel axtarıblar. RBFA nümayəndələri “Hyatt Park” otelini bəyəniblər. B.Əsgərov bildirib ki, Belçika milli komandası ölkəmizə noyabrın 19-da təşrif buyuracaq. Belçikalılar Bakıda cəmi bir məşq keçəcəklər. Onların məşqi noyabrın 20-nə Tofiq Bəhramov adına Respublika stadionuna təyin olunub. Ertəsi gün eyni stadionda Azərbaycan və Belçika yığmaları arasında görüş baş tutacaq. Bu, Belçika milli komandasının ölkəmizdəki ilk oyunu olacaq.
Qeyd edək ki, 2006-cı il oktyabrın 11-də Brüsseldə keçirilmiş matçda Belçika Azərbaycana böyük hesabla (3:0) qalib gəlib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR