Bank Of Baku

Vlastimil Petrjela Azərbaycan kubokunda qələbə seriyasını davam etdirib

Vlastimil Petrjela Azərbaycan kubokunda qələbə seriyasını davam etdirib
# 24 oktyabr 2007 15:56 (UTC +04:00)
Bu gün Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin 6 oyunu keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” Vlastimil Petrjelanın rəhbərliyi altında kubokda qələbə və “quru” seriyasını davam etdirib. Çexiyalı mütəxəssisin rəhbərliyi altında kubokda ardıcıl üçüncü qələbəni qazanan flaqmanın heyətində iki aydır zədə səbəbindən oynamayan Nadir Nəbiyev qayıdışını qolla qeyd edib.


“Qəbələ” “Simurq” - 1:0
Abdulkadir Öz, 10

ABN “Olimpik” - 1:1
Qədir İlyasov, 85 Sənan Qurbanov, 30

“Gənclərbirliyi” “Xəzər-Lənkəran” - 1:4
Ruslan Musayev, 20 Alim Qurbanov, 11, Emin Quliyev, 34, Edmond N Tiamoa, 37, Rəşad Abdullayev, 61

“Neftçi” “Abşeron” 3:0
Nadir Nəbiyev, 6, Samir Əliyev, 72, Ramazan Abbasov, 79

“Turan” “Qaraba𔝠0:2
Viktor İbekoyi, 5, Kənan Kərimov, 86

“Masallı” “İnter” 0:2
Nizami Hacıyev, 44, Xaqani Məmmədov, 61

1/8 final mərhələsinin digər oyunlarından “Bakı” “İnter-2” sabah, “Standard” “Karvan” oktyabrın 31-də keçiriləcək. Cavab görüşləri bir həftə sonra baş tutacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR