Bank Of Baku

Vlastimil Petrjela: “Xəzər-Lənkəran” üzərindəki qələbə məşqçi karyeramda ən yaddaqalanı oldu”

Vlastimil Petrjela: “Xəzər-Lənkəran” üzərindəki qələbə məşqçi karyeramda ən yaddaqalanı oldu”
# 12 noyabr 2007 12:46 (UTC +04:00)
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. Çexiyalı mütəxəssis son turda “Xəzər-Lənkəran”ı səfərdə məğlub etmələrinin (1:0) təsadüfi olmadığını söyləyib. Onun fikrincə, qələbəni bəxtlə əlaqələndirmək düzgün deyil: “Belə bir deyim var: bəxt adətən güclünün tərəfində olur. Lənkəranda qələbə qazandıqsa, deməli, həmin gün güclü biz idik. Üstəlik, hansı şəraitdə oynadığımızı nəzərə alaq. Elə bərbad meydançada qələbə qazanmaq heç də asan deyildi. Oyunda nəticə qazanmaqla bərabər, milliyə çağırılan futbolçuların zədədən qaçmalarını da düşünürdüm. Azarkeş təsirinə, onların güclü dəstəyinə gəlincə, bu, məni çəkindirmirdi. Çünki “Zenit”i çalışdırarkən, Sankt-Peterburqda oyuna bundan qat-qat çox - 22 min azarkeş gəlirdi”. V.Petrjela “Xəzər-Lənkəran”ın “Neftçi” ilə matçda zəif oyun nümayiş etdirmədiyini qeyd edib: “Rəqib komanda həmişə olduğu kimi güclü, hücum xətti təhlükəli idi. Xüsusilə, Zaur Ramazanovun oyununu qeyd edə bilərəm. Rəqib futbolçuları çəkildiyimiz cərimə meydanında qarşılayaraq, üzünü qapımıza doğru çevirməsinə imkan verməməyə çalışdırdıq. Erkən qolu vurduqdan sonra daha çox müdafiə olunmağımız seçdiyimiz taktika ilə bağlı idi. Bu da qələbə hesabını qorumağa hesablanmışdı. “Xəzər-Lənkəran” üzərində qələbə turnir cədvəli baxımından bizə çox vacib idi. Yəni, həm onunla xal fərqimizin minimuma enməsinə, həm də “İnter”in 3-cü pilləni əlimizdən almamağına nail olduq”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ı milli çempionatda 21 məğlubiyyətsiz oyunlar seriyasına son qoyan V.Petrjela bu komandanı 23 aydan sonra Lənkəranda ilk yenən məşqçi kimi tarixə düşüb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR