Bank Of Baku

“Karvan” klubunun baş məşqçisi Təbriz Həsənov istefaya göndərilib

“Karvan” klubunun baş məşqçisi Təbriz Həsənov istefaya göndərilib
# 17 dekabr 2007 13:37 (UTC +04:00)
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Təbriz Həsənov istefaya göndərilib. “APA-Sport” agentliyinin məlumatına görə, klub rəhbərliyi XVI Azərbaycan çempionatının ilk dövrəsində uğursuz çıxış edən komandanın 40 yaşlı mütəxəssislə yollarını ayırmağı məqsədəuyğun sayıb. Rəhbərliyi xüsusilə komandanın Yevlaxda uğursuz çıxışı narazı salıb. Belə, ilk dövrəni turnir cədvəlində 10-cu yerdə başa vuran komanda 8 məğlubiyyətdən 6-nı öz meydanında alıb. Xallarının çoxunu rəqib meydanında qazanan T.Həsənov baş məşqçi postuna bu ilin iyununda təyinat alıb. “Karvan”da sabiq çalışdırıcısı Yunis Hüseynovun üç il köməkçisi işləyən T.Həsənov baş məşqçi kimi bu klubda debüt edib. Baş məşqçi vəzifəsini Vidadi Rzayevin icra edəcəyi gözlənilir. Futbolçu karyerasını bu ilin mayında Bakının “Olimpik” klubunda 40 yaşında başa vuran V.Rzayev T.Həsənovun dəvəti ilə yarım ildir onun köməkçisi işləyir.
Qeyd edək ki, T.Həsənov cari çempionatın ilk dövrəsində baş məşqçi postunu tərk dən Böyükağa Hacıyev (“Bakı”), Qurban Qurbanov (“Neftçi”), Faiq Cabbarov (ABN) və Qəhrəman Əliyevdən (“Masallı”) sonra istefaya göndərilən dördüncü mütəxəssisdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR