Bank Of Baku

Bakı-2016 ilə bağlı sayt açılacaq

Bakı-2016 ilə bağlı sayt açılacaq
# 19 dekabr 2007 08:52 (UTC +04:00)
Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar yaxın günlərdə rəsmi internet saytı fəaliyyətə başlayacaq. Bu haqda “APA-Sport” agentliyinə “Bakı-2016”nın Təşkilat Komitəsinin məsul katibi, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib. İ.Mədətovun sözlərinə görə, veb-sayt baku2016.org.az adlanacaq. Hazırda sayt üzərində tamamlama işləri görülməkdədir. İnternet ünvanında 2016-cı il Olimpiadasına hazırlıqla bağlı görülən işlər haqda məlumatlar əksini tapacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR