Bank Of Baku

Səbayel rayonundakı məktəblər arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

Səbayel rayonundakı məktəblər arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib
# 20 fevral 2008 14:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Səbayel rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbayel rayon şöbəsi və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Səbayel rayonundakı məktəblər arasında güllə atıcılığı üzrə yarış keçirilib. Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya daxil olan məlumata görə, Beynəlxalq Təhsil Kompleksində keçirilən yarışda RİH başçısı Sahib Ələkbərov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov və rayonun digər vəzifəli şəxsləri iştirak edib. Səbayel rayonunun 16 orta məktəbinin komandasının iştirakı ilə keçirilən rayon birinciliyinə yekun vurulub. Yarışda 1-ci yerə 189 saylı orta məktəbin, 2-ci yerə 160 saylı Klassik gimnaziyanın və 3-cü yerə isə 190 saylı orta məktəbin komandaları layiq görülüb. Oğlanlar arasında 49 saylı orta məktəbin şagirdi Fərid İsmayılov, qızlar arasında isə 190 saylı orta məktəbin şagirdi Dilarə Səfərli qalib elan olunub. Qaliblərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR