Bank Of Baku

Pekin Olimpiadasına velosipedlə gedən Gürcüstan vətəndaşı iki həftə Azərbaycanda qalacaq

Pekin Olimpiadasına velosipedlə gedən Gürcüstan vətəndaşı iki həftə Azərbaycanda qalacaq
# 06 mart 2008 16:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yayda Pekində keçiriləcək Olimpiadada iştirak etmək üçün velosipedlə Çinə getmək istəyən Gürcüstan vətəndaşı Cumber Lejava bu gün Tiflisdən yola düşüb. Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cumber Lejava martın 8-də Laqodexi-Balakən keçid məntəqəsindən Azərbaycana keçəcək. İdmançı iki həftə burada qalandan sonra Astara keçid məntəqəsindən keçərək İrana gedəcək.
Qeyd edək ki, dəfələrlə Ginnes rekordçusu olan C. Lejava 1999-cu ildə YUNESKO tərəfindən dünya idmançısı və vətəndaşı adına layiq görülüb. 11 il ərzində dünyanın bütün kontinentlərinə səyahət edən idmançı 234 ölkə ərazisindən keçib. O, 1996-cı ildə Atlanta və 2004-cü ildə Afina Olimpiadalarına da velosipedlə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR