Bank Of Baku

“Sərhəd” hərbi-idman oyunlarının qaliblərinə mükafatlar təqdim olunub

“Sərhəd” hərbi-idman oyunlarının qaliblərinə mükafatlar təqdim olunub
# 09 iyun 2008 13:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) sərhədyanı rayonların məktəbləri arasında keçirilən “Sərhəd” hərbi-idman oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, artıq 4 ildir keçirilən bu oyunlar sərhədyanı rayonların məktəblilərinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. DSX-nın rəis müavini, general-mayor Fərhad Tağızadə isə bildirib ki, hərbi-idman oyunlarında iştirak edən məktəblilərin sayı hər il artır. Builki idman oyunlarında 27 sərhədyanı rayonun 135 məktəbindən 675 şagird iştirak edib. Yarışın sonuncu turunda şagirdlər sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomat silahın sökülməsi və yığılması, sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi, hədəfə atəşin açılması, maskalanma və s. mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər. Oyun zamanı toplanan balların sayına görə, Lənkəran rayonunun 9 saylı orta məktəbinin “Xəzər” komandası birinci, Füzuli rayonun Horadiz şəhər 1 saylı orta məktəbin “Ərgünəş” komandası ikinci, İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin “Qızılkənd” komandası isə üçüncü yeri tutub. Sonda qaliblərə fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR