ABŞ-da MMA döyüşçüsü güllələnib

ABŞ-da MMA döyüşçüsü güllələnib
# 09 aprel 2020 11:21 (UTC +04:00)

MMA döyüşçüsü Ayzeya Çepmen güllələnib.

Apasport.az saytının məlumatına görə, hadisə “Bellator”da çıxış edən ABŞ idmançısının Oqayo ştatının Akron şəhərində yerləşən evinin yaxınlığında baş verib.

Polis əməkdaşları atəş barədə məlumatdan sonra gələrək 30 yaşlı Çepmeni odlu silahdan yaralanmış vəziyyətdə görüb. İdmançı Akron xəstəxanalarından birində ölüb. Qatilin kimliyi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, Çepmen 8 illik peşəkar karyerasında keçirdiyi 13 döyüşdə 9 qələbə qazanıb, 4 məğlubiyyət alıb. O, ötən il oktyabrın 26-da baş tutan son döyüşündə həmyerlisi Patrik Miksə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR