Bank Of Baku

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəfat edib

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəfat edib
# 08 avqust 2020 12:29 (UTC +04:00)

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib. 

Sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, Ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəzifəsində çalışırdı. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, "Tərəqqi" medallı X.Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FİLA-nın elmi komissiyasının üzvü seçilmişdi. O, həmçinin Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR