“Komandanın çıxışından çox razı qaldım”.
Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.
Rusiyalı mütəxəssis yığmamızın İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxışını şərh edib. O bildirib ki, qitə birinciliyin 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir: “Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq”.