Bank Of Baku

Azərbnaycan cüdoçusu Avropa kubokunun finalında uduzub

Azərbnaycan cüdoçusu Avropa kubokunun finalında uduzub
# 02 fevral 2020 00:05 (UTC +04:00)

Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.

Apasport.az saytının məlumatına görə, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. 

Görüşdən məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir. Yarışa fevralın 2-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR