Azərbaycan “Böyük Dəbilqə”yə 33 cüdoçu ilə qatılacaq

Azərbaycan “Böyük Dəbilqə”yə 33 cüdoçu ilə qatılacaq
# 29 oktyabr 2021 10:24 (UTC +04:00)

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, kişi cüdoçularımızdan ibarət əsas komandamız Bakıda keçiriləcək “Böyük Dəbilqə”də 20 deyil, 25 idmançı ilə çıxış edəcək.

Baş məşqçi Mövlud Mirəliyev qeydiyyatın son günündə daha beş cüdoçunu adını sifariş verib. Bunlar Tofiq Məmmədov (66 kq), Rüfət Məmmədov (73 kq), Hasil Cəfərov (81 kq), Kənan Abdullaxanlı (100 kq) və Hüseyn Məmmədovdur (+100 kq).

Onlara kimi isə Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Rövşən Əliyev (hamısı 60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov (hər üçü 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev (hər üçü 73 kq), Elcan Hacıyev, Kərim Məmmədov, Ömər Rəcəbli (hər üçü 81 kq), Rüfət İsmayılov, Məmmədəli Mehdiyev, Vüqar Talıbov (hər üçü 90 kq), Ruslan Nəsirli, Adil Kərimli (hər ikisi 100 kq), Uşanqi Kokauri və Camal Feyziyevin (hər ikisi +100 kq) “Böyük Dəbilqə”də iştirakı təsdiqlənmişdi.

Qeyd edək ki, qadınlardan ibarət komandamızın heyətində Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), İcinxorlu Munxtsedev (57 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) yer alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR