Bank Of Baku

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 gümüş medal qazanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 gümüş medal qazanıb
# 27 mart 2022 17:51 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazanıb.

Apasport.az saytının məlumatına görə, milli üzvləri 2 qızıl və 2 gümüş medala sahib olublar.

Komandamızın heyətində Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İmamverdiyev kimi Ruslan Nəsirli (100 kq) də həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

+100 kq çəkidə yarışan Hüseyn Məmmədov və Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək finalda bir-birilərilə qarşılaşıblar. Nəticədə Nəsibov qızıl, Məmmədov isə gümüş medala sahib olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR