Azərbaycan cüdoçuları Çempionlar Liqasında “Aris” və “Srvena Zvezda”nın heyətində yer alacaq

Azərbaycan cüdoçuları Çempionlar Liqasında “Aris” və “Srvena Zvezda”nın heyətində yer alacaq
# 24 noyabr 2021 11:22 (UTC +04:00)

Cüdo üzrə Avropa Çempionlar Liqasında iştirakçıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 15 klub mübarizə aparacaq.

Çempionlar Liqasında Azərbaycan klubu olmasa da, dörd cüdoçumuz turnirin iştirakçıları sırasında yer alıb. Onlardan üçü Yunanıstan “Aris”inin şərəfini qoruyacaq. Orxan Səfərov (60 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Ellada təmsilçisinin uğurları üçün çalışacaq.

Rüstəm Orucov da Çempionlar Liqasında tatami üzərinə çıxacaq. 73 kq çəkidə yarışan cüdoçumuz Serbiya “Srvena Zvezda”sının heyətində yer alıb.

Qeyd edək ki, turnir dekabrın 11-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR