Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, mötəbər yarışın sonuncu günündə Azərbaycan cüdoçuları daha 3 medal qazanıblar.
Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.
43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan 15 cüdoçu ilə təmsil olunub.