Bank Of Baku

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Murad Fətiyev

© APA | Murad Fətiyev

# 08 oktyabr 2026 19:04 (UTC +04:00)

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev yarımfinal görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.

Rəqibinə məğlub olan Fətiyev finala yüksələ bilməyib. O, bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovla üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Murad Fətiyev mundialda əvvəlki görüşlərində yunanıstanlı Teodoros Tselidisi və fransalı Aleksa Mitroviçi məğlub edib.

Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR