Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı sona çatıb.
APA-nın məlumatına görə, mundialın son günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi fəxri kürsüyə yüksəlib.
Fərid Sadıxlı (45 kq) təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Sadıxlı bu gün təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən hindistanlı rəqibinə qalib gəlib. Bürünc medal uğrunda mübarizədə iranlı güləşçiyə də gücünü göstərən Fərid dünya üçüncüsü olub.
Elmir Əliyev (51 kq) ilk mərhələni bir göz qırpımında başa vurub. Avropa Gənclər Olimpiya Festivalının qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib. Elmir avqustun 4-də həlledici görüşdə iran pəhləvanıyla qarşılaşıb və minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.
Rauf Əliyev (71 kq) Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşdə iştirak şansı əldə edib. Bu gün təsəlliverici görüşdə gürcü həmkarıyla qarşılaşan Rauf inamlı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda mübarizədə moldovalı idmançıya uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev (92 kq) İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. Laçın son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına adlayan 4-cü yunan-Roma güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Vəliyev qazandığı 2 xalın fonunda dünya çempionu olub.
Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıb. Güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, yığmanın heyətində Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.
Azərbaycan güləşçiləri dünya çempionatının son günündə daha bir dəst medal qazanıblar
Döyüş növləri
Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinala yüksəlib
İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
Azərbaycanlı cüdoçu dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB
Xəbər Lenti
Sançes mühafizəkarların seçkilərdə qələbəsini etiraf edib
Lavrov: Avropa açıq şəkildə Rusiya ilə silahlı münaqişəni planlaşdırır
Tramp əmindir ki, Rusiya ilə Avropa münasibətlərindəki problemləri həll edə biləcək
Moldovanın sabiq baş prokuroru Stoyanoglo Qaqauz rəhbəri seçilib
Lavrov: NATO qüvvələrinin Ukraynada mövcudluğu Rusiya ilə münaqişə riskini artıracaq
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB