Bank Of Baku

Azərbaycan güləşçisi erməniyə qalib gələrək komandasını Fransa çempionu edib

İslam Abbasov

© APA | İslam Abbasov

# 21 dekabr 2021 17:59 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın üzvü İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb.

Güləşçimiz 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR