Bank Of Baku

Azərbaycan yığması Portuqaliya ilə qarşılaşacaq

Azərbaycan yığması Portuqaliya ilə qarşılaşacaq
# 31 avqust 2019 14:37 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub. 

APA-nın məlumatına görə, avqustun 31-də daha 2 cüdoçumuz mübarizəyə qoşulub. 

Qadınlar arasında +78 kq çəki dərəcəsində yarışan təmsilçimiz İrina Kindzerska Tokio mundialını 7-ci yerdə başa vurub. 

+100 kq çəki dərəcəsində mübarizə aparan isə Uşangi Kokauri ilk görüşdə uduzub. 

Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb. 

Qeyd edək ki, 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala sahib olub. Sentyabrın 1-də dünya çempionatının qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR