Bank Of Baku

Azərbaycan parataekvondoçuları İranda Prezident kubokunda iştirak edəcək

Azərbaycan parataekvondoçuları İranda Prezident kubokunda iştirak edəcək
# 11 mart 2022 15:08 (UTC +04:00)

Parataekvondo üzrə Azərbaycan milli komandası İrana yollanır.

Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığma martın 14-də Tehranda keçiriləcək Asiya regionu üzrə G-2 kateqoriyalı Prezident kubokunda iştirak edəcək.

Komandamız yarışda 5 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (K-44, 47 kq), Sabir Zeynalov (K-44, 58 kq), Sadiq Həmidov (K-44, 63 kq), İmaməddin Xəlilov (K-44, 70 kq) və Əbülfəz Abuzərli (K-44, 80 kq) dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, Tehranda taekvondo yarışları davam edir və bu yarışlarda böyüklərdən ibarət millinin kişi və qadın taekvondoçuları da iştirak edirlər

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR