Bank Of Baku

Azərbaycan taekvondoçusu Avropa Kubokunda gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Avropa Kubokunda gümüş medal qazanıb
# 10 iyun 2019 16:37 (UTC +04:00)

Rusiyanın Soçi şəhərində azyaşlılar arasında taekvondo üzrə Avropa kuboku keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, yarışa 10-12 yaşlı idmançılar qatılıblar.

Turnirdə Azərbaycanı 210 nömrəli tam orta məktəbin VI sinif şagirdi Murad Osmanlı təmsil edib. 30 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finala qədər bütün rəqibləri üzərində qələbə qazanıb. 

O, həlledici görüşdə Rusiya idmançısı ilə üz-üzə gəlib və xal hesabı ilə məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, gümüş medalçı ölkəmizdə və beynəlxalq yarışlarda çoxsaylı uğurlara imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR