Bank Of Baku

Azərbaycan Universiadada 3-cü medalını qazanıb

Azərbaycan Universiadada 3-cü medalını qazanıb
# 08 iyul 2019 10:33 (UTC +04:00)

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar. 

APA-nın məlumatına görə, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. 

Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib. Millimizlə yanaşı, Yaponiya da 3-cü yeri tutub. Cənubi Koreya 2-ci, Rusiya isə 1-ci olub. 

Bununla da Azərbaycan yığmasının hesabındakı medal 3-ə çatıb. Cüdo üzrə komandadan öncə idman gimnastı Marina Nekrasova qızıl, cüdoçu Hidayət Heydərov (73 kq) isə gümüş mükafat qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR