Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilərin adları açıqlanıb - FOTOSESSİYA

Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilərin adları açıqlanıb - FOTOSESSİYA
# 06 sentyabr 2019 12:08 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında çıxış edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.

APA-nın məlumatına görə, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda ölkəmizi 28 idmançı təmsil edəcək.

Heyətlər bu gün Olimpiya Güləş Mərkəzində baş tutan açıq məşqdən sonra elan olunub. Sərbəst və yunan-Roma güləşinin hərəsində Azərbaycanı 10 nəfər təmsil edəcəksə, qadınların mübarizəsində xalça üzərinə 8 milli üzvü çıxacaq.

Qeyd edək ki, çempionat sentyabrın 14-dən 22-dək keçiriləcək.

Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şəif Şərifov (97 kq), Camaləddin Məhəmmədov (125 kq)

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Cunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Beka Kandelaki (130 kq)

Qadın güləşi: Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Monolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR