Bakıda davam edən Dünya Kubokunda bu gün stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Türkiyə atıcıları bürünc medal uğrunda mübarizədə qalib gəliblər. Digər bürünc medalı isə Qazaxıstan komandası götürüb.
APA-nın xəbərinə görə, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında qızıl medalı avstraliyalılar qazanıb. Gümüş medal Portuqaliya komandasına çatıb.
“Bu turnirə gələnə kimi millimiz Qəbələdə 20 günlük çox yaxşı hazırlıq keçib. Bu hazırlığa şərait yaratdığına və qələbəmizdə rolu olduğuna görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Medal qazanacağımıza nəinki ümid edirdik, bunu özümüzə hədəf seçmişdik. Güclü komandamız var və buna görə də Asiyada ilk “5-lik”də yer almışıq. Bakıda keçirilən bu yarış son 5 ildəki ən yaxşı Dünya Kuboklarından biridir. Təşkilatçılıq, qonaqlara olan münasibət, yaradılan şərait – hər şey yüksək səviyyədədir” – bunu Qazaxıstan Atıcılıq Federasiyasının baş katibi Oleq Poçivavalov bildirib.
Türkiyəli oyunçular azərbaycanlı azarkeşlərin onların qələbəsinə sevincindən çox duyğulandıqlarını bildiriblər.
Tolqa Tünçər: “Bu gün yarışa yaxşı başlamadıq. Finala vəsiqə qazanmaq üçün 1 xalımız çatmadı. Nəsib belə imiş. Əlimizdən gələni etdik. Bürünc medal qazanmaq qismətimiz idi. Azərbaycanda keçirilən belə möhtəşəm turnirdə üçüncü olmaq da sevindiricidir. Bu mərkəzin yaranmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən möhtəşəm məkandır. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr əldə edərik”.
Pelin Rümeysa Qaya: “Çox sevincliyik. Mükafatlandırma mərasimi əla idi. Gözləmədiyimi bir şey deyildi. Amma bu qədər olacağını düşünmürdük. Həm əcnəbilər, həm azərbaycanlılar bizə xüsusi dəstək oldular. Hamının bizə azarkeşlik etməsi çox xoşuma gəldi. Həmişə deyildiyi kimi, biz iki dövlət, tək millətik. Hamıya çox təşəkkür edirəm. Azərbaycanlıları çox sevirəm. Burada yaşananlar, bürünc medal qazanmağım məni çox xoşbəxt etdi”.
Məşqçi: “Burada medal qazandığımız üçün çox xoşbəxtik. Öz ölkəmizdə mükafatçılar sırasına düşə bildik. Biz buranı özümüzünkü kimi hiss edirik. Hamımız bir yerdə sevindik. İnşallah, gələcəkdə daha böyük yarışlarda yaxşı nəticələr əldə edəcəyik. Azərbaycanda öz evimizdəki kimi rahat mübarizə apardıq. Bu il iştirak etdiyimiz üçüncü dünya kubokudur. Bakı təşkilatçılıq baxımından hamısını üstələyib - deyə bilərəm. Mükafatlandırma mərasimi möhtəşəm idi. Özümüzü konsertdəki kimi hiss edirdik. Hansısa çatışmazlıq yoxdur. Azərbaycan dünya çempionatına ev sahibliyi etməyə layiqdir. İnşallah, daha yaxşı turnirlər burada keçirilər”.
Yarışlar sabah davam edəcək.
Bakı 2022: Türkiyə komandası bu gün də qaliblər sırasında yer alır
Döyüş növləri
Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinala yüksəlib
İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
Azərbaycanlı cüdoçu dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB
Xəbər Lenti
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
İran Ordusu: Hörmüz boğazında tanker minaya düşüb
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA
İran HDQ komandanı: Hörmüz boğazı bağlı qalacaq
Myanmada toy keçirilən evə hava zərbəsi endirilib, 17 nəfər ölüb