Bank Of Baku

Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib

Elbrus Rzayev

© APA | Elbrus Rzayev

# 03 mart 2022 09:38 (UTC +04:00)

Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Azərbaycan Boks Federasiyasından (ABF) apasport.az saytına verilən məlumata görə, ABF-in qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

Bunadək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR