Çingiz Hüseynzadə: "Cüdoçularımızdan daha böyük uğur gözləyirdik"

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə

© APA | MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə

# 01 noyabr 2021 17:42 (UTC +04:00)

“Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyi adından Rövnəq Abdullayevə təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Azərbaycan Cüdo Federasiyasında (ACF) növbədənkənar hesabat-seçki konfransından sonra prezidentliyi təhvil verən Rövnəq Abdullayevə təşəkkür edib: “Rövnəq müəllimlə 2015-ci ildən bir yerdə çalışmışıq. Rio Olimpiadasında cüdoçularımız 2 gümüş medal qazandıq. Bu, cüdoçularımızın 2012-ci ildəki uğursuzluğundan sonra baş vermişdi. Rövnəq müəllimin gəlişindən sonra cüdonun beynəlxalq yarışlarda uğur qazanmasının şahidi olduq. Tokio Yay Olimpiya Oyunlarında da medalımız oldu. Əlbəttə ki, cüdoçularımızdan daha böyük uğur gözləyirdik. Amma nəzərə alaq ki, pandemiya ilə əlaqədar çox çətin şərtlər altında keçirilən yarış olmuşdu. Rövnəq Abdullayev Azərbaycanda cüdonun inkişafına böyük töhfə verdi”.

Hüseynzadə federasiyanın yeni prezidenti Rəşad Nəbiyevə də uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR