"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.
APA-nın məlumatına görə, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparır.
Birinciliyin ilk günündə oğlanlar və qızlar arasında altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Şəfəq Həmidova (48 kq), Bəsti Səfərova (57 kq), Aidə Baxışova (70 kq), oğlanların mübarizəsində isə Balabəy Ağayev (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Aliumar Tumayev (90 kq) bütün rəqiblərinə qalib gələrək, Azərbaycan çempionu adını qazanıblar.
Yarışa avqustun 16-da yekun vurulacaq.