Bank Of Baku

Dünya çempionu olan yanğınsöndürən beynəlxalq turnirdə qələbə qazanıb

FHN-in əməkdaşı beynəlxalq turnirdə uğurla çıxış edib

© APA | FHN-in əməkdaşı beynəlxalq turnirdə uğurla çıxış edib

# 03 mart 2022 16:09 (UTC +04:00)

Türkiyənin Bursa şəhərində peşəkar MMA döyüş növü üzrə “KADYROV FIGHTING LEAGUE” turnir keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, 25 idmançının mübarizə apardığı turnirdə FHN-in əməkdaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 61 kq çəki dərəcəsində Türkmənistanlı rəqibi Faruh Haitov üzərində möhtəşəm qələbə qazanıb. O, öz qələbəsini “Xocalı soyqırımı”ı qurbanlarının xatirəsinə həsr edib.

Qeyd edək ki, Toğrul Mikayılov sanda döyüş növləri üzrə 5 qat dünya çempionudur.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR