Bank Of Baku

U-23 Avropa çempionatı Bakıya verilib

U-23 Avropa çempionatı Bakıya verilib
# 05 aprel 2022 16:46 (UTC +04:00)

Dünya Güləş Birliyi (UWW) 2023-cü ildə keçiriləcək böyüklər arasında Avropa çempionatının və 2024-cü ildə baş tutacaq U-23 Avropa çempionatının ev sahibi olacaq şəhərləri açıqlayıb.

Apasport.az saytının məlumatına görə, UWW-nin İcraiyyə Komitəsinin martın 2-də qəbul etdiyi qərarlar qüvvəyə minib.

Gələn il aprelin 17-dən 23-dək qitə birinciliyi Zaqrebdə keçiriləcək. Xorvatiyanın paytaxtı ilk dəfə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.

UWW-nin prezidenti Nenad Laloviç qurumun rəsmi saytına verdiyi açıqlamada Xorvatiya Güləş Federasiyasını etibarlı tərəfdaş adlandırıb və Zaqrebin yarış təcrübəsinin zəngin olduğunu bildirib.

2024-ci ildə isə U-23 Avropa çempionatı Bakıda keçiriləcək. Laloviçin sözlərinə görə, Bakının bu yarışa ev sahibliyi etməsi gələcəkdə beynəlxalq turnirlərin Azərbaycana qayıdacağından xəbər verir: “Bakıda bu il yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Bu siyahıya U-23 Avropa çempionatının əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”.

Qeyd edək ki, Bakıda keçiriləcək U-23 Avropa çempionatı 2024-cü il aprelin 8-dən 14-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR