Bank Of Baku

7 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəlib

7 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəlib
# 12 sentyabr 2013 11:22 (UTC +04:00)

Bakı – APA. Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində 1/4 finalçıların adları məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, növbəti mərhələyə yüksələnlər arasında Azərbaycan milli komandasının 7 üzvü də var. 


Yığmamıza ilk qələbəni 50 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov qazandırıb. Həmyerlimiz 1/8 finalda macarıstanlı David Kovaçı məğlub edib – 2:1 (30:27, 29:28, 28:29). 

Rövşən Musayev də (66 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz İrlandiya təmsilçisi Luis Audli ilə görüşdə elə bir çətinlik çəkməyib. Nəticədə, hər 3 hakim Musayevin qələbəsini qeydə alıb. 

1/4 finala vəsiqə qazananlar arasında Hüseyn Tarverdili (70 kq) də var. O, Bosniya və Hersoqovina idmançısı Sandro Poletana heç bir şans verməyib. Hər 3 hakim Tarverdilinin 30:27 hesablı qələbəsini qeydə alıb. 

80 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev də komandamızı qalibiyyətlə sevindirib. Millimizin üzvü 1/8 finalda litvalı Amoldas Taraskeviçusdan üstün olub – 3:0. 

Axşam proqramında çıxış edən boksçularımızın da çıxışı uğurlu alınıb. Əvvəlcə Qüdrət Quliyev (52 kq) rinqi qalibiyyətlə tərk edib. Həmyerlimiz Rumıniya nümayəndəsi Marian Rutadan güclü olub – 3:0. 

İsmayıl Hüseynov da (63 kq) məşqçilərin ümidini doğruldub. Boksçumuzun belaruslu Mixail Basiakovla döyüşdə çətinlik çəkəcəyi gözlənilsə də, o, rəqibindən bir baş üstün olub – 3:0 (30:26, 30:27, 30:27). 

Elşən Qafarlının (48 kq) 1/8 finaldakı qələbəsi daha əlamətdar olub. O, avstraliyalı Ceyms Beazlini 3-cü raundda texniki nokautla məğlub edib. 

Milli komandamızın üzvlərindən 1/8 finalda yalnız Şamil İbrahimzadə (60 kq) məğlubiyyətlə üzləşib. Boksçumuz Moldova idmaçısına uduzub. 

Azərbaycan boksçularının 1/4 finaldakı rəqibləri 

48 kq: Elşən Qafarlı – Conatan Lopez Markano (Puerto Riko) 
50 kq: Ümid Rüstəmov - Maikel Barrero (Kuba) 
52 kq: Qüdrət Quliyev – Jan Çhun-Hsien (Taypey) 
63 kq: İsmayıl Hüseynov – Məhəmməd Abdilrasson (Finlandiya) 
66 kq: Rövşən Musayev – Mark Qlev (Avstraliya) 
70 kq: Hüseyn Tarverdili – Andrey Riqo (Slovakiya) 
80 kq: Şükran Mehdiyev – Suray Mahmutoviç (ABŞ) 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR