Bank Of Baku

“Akkord” ən güclü kikboksçuları mükafatlandırıb - FOTO

“Akkord” ən güclü kikboksçuları mükafatlandırıb - <span style="color: red;">FOTO
# 29 aprel 2013 15:43 (UTC +04:00)

Bakı – APA. Aprelin 26-28-də “Sərhədçi” Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadetlər və kişilər arasında “Kikboksinq üzrə XIX Azərbaycan Çempionatı” keçirilib.

 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, çempionatda 40 şəhər və rayon komandalarının 400-dək idmançısı mübarizəyə qatılıb. Seçmə mərhələdən sonra 12 çəki dərəcəsi üzrə ən yaxşı idmançılar final mərhələsində güclərini sınayıblar. Final mərhələsinin startında ölkədə idmanın inkişafına verdiyi dəstəklə daim seçilən “Akkord” Korporasiyası tərəfindən yarışın qalibləri üçün xüsusi hədiyyələr və pul mükafatlarının təsis edildiyi bildirilib.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarış çempionatın favoriti – “Qızıl Əlcək” idman klubunun möhtəşəm qələbəsi ilə yekunlaşıb. 7 qızıl medala sahib çıxmaqla komanda hesabında birinci yeri tutan “Qızıl Əlcək” İK idmanın bu növündə də ölkənin ən güclü idmançı və məşqçi potensialına malik olduğunu  bir daha təsdiqləyib. Çempionatda 2-ci yeri “Neftçi” İdman Sağlamlıq Mərkəzi, 3-cü yeri isə, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tutub.

 

Yarışın sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara “Akkord” Korporasiyasının xüsusi hədiyyə və pul mükafatları  təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR