Bank Of Baku

“Heydər Əliyev kuboku-2017” turniri start götürür

“Heydər Əliyev kuboku-2017” turniri start götürür
# 08 iyun 2017 09:46 (UTC +04:00)

İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək. Apasport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.

 

İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.

 

Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR