Bank Of Baku

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində rəqibləri müəyyənləşib

 Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində rəqibləri müəyyənləşib
# 04 dekabr 2014 08:34 (UTC +04:00)

Bakı – APA. Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamız sabah Yaponiyanın paytaxtı Tokioda start götürəcək “Böyük Dəbilqə”yə 14 idmançı ilə deyil, 10 cüdoçu ilə qatılacaq.

 

Belə ki, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov son anda Leyla Əliyeva (48 kq), Vüqar Şirinli (66 kq), Ramin Qurbanov (90 kq) və Elxan Məmmədovu (100 kq) səfərə aparmağa qərar verib. Həmçinin, Tokioda Məhəmmədəli Mehdiyev yeni - 90 kq çəki dərəcəsində tatamiyə çıxacaq. O, buna kimi 81 kq çəkidə mübarizə aparırdı.

 

Artıq yarışın püşkatma mərasimi də keçirilib. Püşkü cüdoçularımız üçün müsbət qiymətləndirmək olar. Çünki komandamızın liderlərin münasib rəqiblərlə üz-üzə gələcək. Millimizin üzvlərindən yalnız 60 kq çəki dərəcəsində döyüşəcək Orxan Səfərovla İlqar Müşkiyev eyni “setka”da yer alıblar. Onlar uğurla irəliləyəcəkləri halda 1/4 finalda qarşılaşacaqlar.

 

Püşkün nəticələri belədir:

 

 

5 dekabr

Kişilər

60 kq

Orxan Səfərov – Erik Takabatake (Braziliya)/Abdulaziz Albaşi (Səudiyyə Ərəbistanı)

 

İlqar Müşkiyev – Şenq-Tinq Huanq (Çin Taypeyi)/Janeyro Çan Ling (Madaqaskar)

 

Qadınlar

57 kq

Kifayət Qasımova – Miryam Roper (Almaniya)

 

6 dekabr

Kişilər

73 kq

Rüstəm Orucov – Fenq Mao Li (Çin Taypeyi)

Hüseyn Rəhimli – Şohey Ono (Yaponiya)

 

81 kq

Abdulhaqq Rəsullu – Daniel Qonzales (İspaniya)

 

7 dekabr

90 kq

Məhəmmədəli Mehdiyev – Mixael Jank (Sloveniya)

Firudin Dadaşov – Kamoliddin Xolmamatov (Qazaxıstan)

 

100 kq

Elmar Qasımov – Aaron Volf (Yaponiya)/Kil Reyes (Kanada)

 

+100 kq

Uşanqi Kokauri – Radek Hesl (Çexiya)

 

Qeyd edək ki, yarışda 65 ölkədən 424 (253 kişi, 171 qadın) cüdoçu qatılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR