Bank Of Baku

Boksçularımız Almaniyadan 8 medalla qayıdır

 Boksçularımız Almaniyadan 8 medalla qayıdır
# 11 mart 2014 06:47 (UTC +04:00)

Bakı – APA. Almaniyanın Hamburq şəhərində qadın boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

 

Yana Alekseyeva ilə Anna Əlimərdanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Leyla Həsənova, Alina Hacıyeva, Aynur Rzayeva və Anaxanım Ağayeva 2-ci, Məryəm Cəbrayılova və Aliyə Vəlizadə isə 3-cü yerlə kifayətləniblər.

 

Qeyd edək ki, bu yarış apreldə Bolqarıstanda keçiriləcək gənclər arasında dünya və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyırdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR