Bank Of Baku

Azərbaycan “Böyük dəbilqə”yə 2 cüdoçu ilə yollanır

Azərbaycan “Böyük dəbilqə”yə 2 cüdoçu ilə yollanır
# 01 dekabr 2015 08:18 (UTC +04:00)

Bakı – APA. Noyabrın 4-dən 6-dək Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilin son mötəbər turnirinə Azərbaycan millisi də qatılacaq.

 

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Tokioda cəmi 2 idmançıya  - Elmar Qasımovla Elxan Məmmədova şans verəcək. 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq cüdoçularımızın döyüşləri noyabrın 6-na təsadüf edəcək.

 

“Böyük dəbilqə”də ümumilikdə 96 ölkədən 528 idmançı (324 kişi, 204 qadın) qatılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR