Bank Of Baku

Azərbaycan boksçuları Astanada seminarda iştirak edirlər

Azərbaycan boksçuları Astanada seminarda iştirak edirlər
# 16 sentyabr 2014 09:54 (UTC +04:00)

Bakı – APA. AİBA Pro Boxing (APB) yarışında iştirak edəcək bütün boksçular hazırda Qazaxıstanın paytaxtı Astanada seminardadırlar. Apasport.az saytının məlumatına görə, Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqda ətraflı məlumat verilir.

 

Seminardan başqa, boksçular həm də sparinqlərdə iştirak edir, məşq prosesinə qatılırlar.

 

Qeyd edək ki, APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edəcək. Artıq hər bütün çəki dərəcələrində hansı idmançıların mübarizə aparacağına aydınlıq gəlib.

 

İki qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı +91 kq çəki dərəcəsində görüşlər Bakıda təşkil olunacaq. Sentyabrın 17-də isə Astanadakı AİBA Boks Akademiyasında püşkatma mərasimi keçiriləcək. APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR