Bank Of Baku

Azərbaycan boksçusu İrəvanda bürünc medal qazandı

Azərbaycan boksçusu İrəvanda bürünc medal qazandı
# 06 dekabr 2012 12:34 (UTC +04:00)

 

 

Bakı – APA. Ermənistanın paytaxtı İrəvanda gənc boksçular arasında dünya çempionatında bu gün yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, rinqə çıxan idmançılar arasında həmyerlimiz Pərviz Bağırov (64 kq) da olub.

2 gün öncə yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı təmin edən Avropa çempionumuz qvatemalalı Lester Normandi Martines Tutla döyüşüb. Amma görüş həmyerlimiz üçün uğursuz alınıb.

 

O, ilk raundda rəqibinə 1:3 hesabı ilə uduzsa da, ikinci hissədə dönüş yaradıb. Bu dəfə hər boksçunun 5 dəqiq zərbəsi qeydə alınıb. Lakin sonuncu raund idmançımız üçün çətin keçib və Pərviz yekunda 9:13 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız Ermənistana 7 boksçu ilə yollanmışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR