Bank Of Baku

Azərbaycan cüdoçuları Avropa çempionatında 6 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa çempionatında 6 medal qazanıblar
# 24 iyun 2013 07:51 (UTC +04:00)

Bakı-APA. Estoniyanın paytaxtı Tallində yeniyetmələr cüdoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

 

Komandamızın heyətində Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan İlkin Babazədə (55 kq) və Elnur Əhmədli (66 kq) gümüş medalla kifayətləniblər. Digər cüdoçularımız - Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) isə Avropa birinciliyini 3-cü yerdə bitiriblər.

 

Qeyd edək ki, yığmamız komanda hesabında 3-cü olub. Rusiya 1-ci (5-1-3), Fransa (3-1-0) ikinci yeri tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR