Bank Of Baku

Azərbaycan cüdoçusu beynəlxalq turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu beynəlxalq turnirində qızıl medal qazanıb
# 27 may 2013 06:42 (UTC +04:00)

Bakı – APA. Tümendə keçirilən cüdo üzrə “World Masters” turnirinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa 7 idmançı ilə yollanan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

 

Belə ki, ilk gündə fiaskonun ardınca Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) Peter Zayzenbaheri biabırçılıqdan xilas edib. Çünki onların çıxışına qədər Şahin Qəhrəmanov (90 kq) da İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxalizadə (hər ikisi 66 kq) və Rüstəm Orucov (73 kq) kimi ilk görüşlərində məğlubiyyət acısı yaşamışdı.

 

Komanda yoldaşlarından fərqli, Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Azərbaycan himnini səsləndirib. Qasımov isə “World Masters”i 3-cü yerdə başa vurub.

 

Qeyd edək ki, Azərbaycan komanda hesabında 41 ölkə arasında 7-ci olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR