Bank Of Baku

Azərbaycan Güləş Federasiyasının baş katibi dəyişib

Azərbaycan Güləş Federasiyasının baş katibi dəyişib
# 03 fevral 2016 15:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi vəzifəsində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, AGF prezidenti Fazil Məmmədovun əmri ilə Əjdər Cəfərov vəzifəsindən azad edilib.

Qurum rəhbərinin digər əmrinə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

Qeyd edək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR