Bank Of Baku

Azərbaycan güləş yığmaları Madriddə beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan güləş yığmaları Madriddə beynəlxalq turnirdə iştirak edəcəklər
# 11 iyul 2013 13:48 (UTC +04:00)

Məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında sərbəst güləş yığmasında Mahmud Məhəmmədov (55 kq), Qalib Əliyev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Aslan Dzebişov yer alıb.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Ayub Azmudehin rəhbərliyi altında yunan-Roma güləşi yığması 4 çəki dərəcəsində turnirdə iştirak edəcək. Heyətə Rövşən Bayramov, Elçin Əliyev, Orxan Əhmədov (hamısı 55 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rüstəm Əliyev, Azad Əliyev (hamısı 66 kq), Emin Əhmədov (74 kq) və Saman Təhmasibi (84 kq) cəlb olunub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR