Bank Of Baku

Azərbaycan güləşçiləri Dağıstanda beynəlxalq turnirdə iştirak edirlər

Azərbaycan güləşçiləri Dağıstanda beynəlxalq turnirdə iştirak edirlər
# 01 dekabr 2012 19:09 (UTC +04:00)

Mahaçqala. Telman Tahirli – APA. Azərbaycanın sərbəst güləşçiləri  Dağıstanın paytaxtı Mahaçqalada beşqat dünya çempionu  Əli Əliyevin xatirəsinə həsr olunmuş 43-cü beynəlxalq turnirdə iştirak edirlər.

APA-nın verdiyi xəbərə görə, turnirin açılış mərasimində Dağıstan prezidenti Maqomedsalam Maqomedov və Rusiya idman nazirinin müavini Pavel Novikov iştirak ediblər.

Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, İran, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Ermənistan idmançıları mübarizə aparırlar.

 

Turnirin qalibi 5 min dollar, 2-ci yer 3 min, 3-cü yer tutan min dollar pul mükafatının sahibi olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR