Bakı – APA. Fevralın 15-dən 17-dək Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışa yalnız qadın idmançılarla qatılacaq.
Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında komandamızın 10 üzvü turnirdə iştirak edəcək. Heyətdə Patimat Baqomedova, Şəfəq Muradzadə (hər ikisi 48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik, İrina Netreba (hər ikisi 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq), Dina İvanova və Səbirə Əliyeva (hər ikisi 72 kq) yer alıb.