Bank Of Baku

Azərbaycan millisinin 2 boksçusu Avropa birinciliyinin yarımfinalına yüksəlib

Azərbaycan millisinin 2 boksçusu Avropa birinciliyinin yarımfinalına yüksəlib
# 24 iyul 2014 11:17 (UTC +04:00)

Bakı - APA. İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin iki üzvü – Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.

 

Cəbrayılova 1/4 finalda irlandiyalı Klara Şheedi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək.

 

Hacıyeva finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq. Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) isə ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

 

Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR