Bank Of Baku

Azərbaycan taekvondo yığması Meksikada keçiriləcək dünya çempionata yollanır

Azərbaycan taekvondo yığması Meksikada keçiriləcək dünya çempionata yollanır
# 09 iyul 2013 10:53 (UTC +04:00)

Bakı-APA. Taekvondo üzrə Azərbaycan milli komandası dünya çempionatına yollanır. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun vitse-prezidenti Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə səfər çıxacaq komanda iyulun 10-da Meksikaya yola düşəcək.


Pueblada keçiriləcək dünya çempionatına 15 idmançı ilə qatılacaq millimizin baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) cəlb edib.

Qadinlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Mikayılova (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyevanı (73 kq) daxil edib.

Qeyd edək ki, millimiz dünya çempionatı başa çatandan sonra - iyulun 25-də vətənə dönəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR