Bank Of Baku

Azərbaycan taekvondoçuları Qran-pri turnirində iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Qran-pri turnirində iştirak edəcəklər
# 25 avqust 2014 13:24 (UTC +04:00)

Bakı - APA. Taekvondo üzrə Azərbaycan millisinin Qran-pri turnirində iştirak edəcək heyəti açıqlanıb.

 

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, avqust 29-31-də Qazaxıstanın paytaxtı Astanada baş tutacaq yarışa 4 idmançımız yollanacaq.

 

Öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançıların mübarizəsində Ramin Əzizov (80 kq), Radik İsayev (+80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) baş mükafatlar uğrunda güclərini sınayacaqlar. Komandamız səfərə bu gün yollanacaq.

 

Qeyd edək ki, Qran-Prinin qalibi reytinqini 40 xal artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR